Reklam
Vakıf Katılım
Tarih : 2020-07-23 12:30:00

Son sutkada Qırğızıstanda COVID-19-dan 46 nəfər dünyasını dəyişib

Son sutkada Qırğızıstanda COVID-19 koronavirusuna 967 nəfər yoluxub, onlardan 238-i Bişkekdə qeydə alınıb. İndiyədək ölkədə bu virusa yoluxanların sayı 30 min 326 nəfərə çatıb.

Xbr.az Qırğızıstan Koronavirusla Mübarizə üzrə Respublika Qərargahına istinadla xəbər verir ki, son gündə 46, ümumiyyətlə isə 1169 xəstə bu virusdan ölüb.

Bildirilir ki, xəstəxanalarda 13 min 201 pasiyent müalicə olunur.

Qırğızıstanda bu sahədə vəziyyətin gərgin olduğunu nəzərə alan Rusiya Federasiyası ötən gecə ölkəyə 50 həkimdən ibarət qrup, həmçinin humanitar yardım göndərib.

Dünən isə Bişkekə Rusiyanın hərbi həkimlərindən ibarət briqada gəlib.


Hibya Haber Ajansı

© Copyright 2024 haberajans24.com Tüm Hakları Saklıdır.
Web sitemiz Hibya Haber Ajansı Abonesidir.